Rusiyada FSB helikopteri qəzaya uğrayıb
Çelyabinsk vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-8 helikopteri qəzaya uğrayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İlkin məlumata görə, helikopterdə olan bütün sərnişinlər ölüb.
Eyni zamanda, Baza Telegram kanalı qəzaya uğrayan helikopterin FSB-yə aid olduğunu iddia edir.
Məlumata görə, helikopter təlim uçuşu həyata keçirirmiş. Pilotlar uçuş və eniş manevrini məşq ediblər.
Helikopterin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir.
Əziz Mustafa
Digər xəbərlər
























.jpg)


























































