Prezident Ərdoğanla Bahçeli arasında sürpriz görüş

Prezident Ərdoğanla Bahçeli arasında sürpriz görüş

29 Avqust 2023 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Ərdoğan bu gün MHP lideri Devlet Bahçelini evində ziyarət edəcək. İki liderin yerli seçki hazırlıqlarını müzakirə edəcəyi qiymətləndirilir. Toplantıda yerli seçki hazırlıqları və Türkiyə iqtisadiyyatında baş verən son hadisələrin əsas gündəm məsələsi olacağı gözlənilir. İstanbul və Ankara kimi şəhərlərdə ortaq namizədlərin müəyyən edilməsi məsələsi də dəyərləndiriləcək. Prezident Ərdoğan və Bahçeli sonuncu dəfə iyulun 14-də Beştəpədə planlı şəkildə görüşüb. İki lider 1 ay yarım sonra, yerli seçkilərə az qalmış yenidən görüşəcək…

Murad Şahməmməd