Ankara və Vaşinqton müttəfiqlik əlaqələrini yenidən bərpa edir
“Bloomberg” xəbər verir ki, Türkiyə və ABŞ arasında son 7 ildə keçirilən ən mühüm birgə hərbi təlimlər Ankara ilə Vaşinqton arasında əməkdaşlığın bərpasına işarə edir.
Mənbə yazır ki, 2016-cı ildə Türkiyədə baş vermiş uğursuz çevriliş cəhdindən sonra Türkiyə ilə ABŞ arasında münasibətlər aşağı səviyyədə olduğu üçün bu hadisə xüsusi əhəmiyyət kəsb edir.
Adının açıqlanmasını istəməyən türk rəsmiləri qəzetə bildiriblər ki, ötən həftə Aralıq dənizində keçirilən təlim, eləcə də ABŞ Konqresinin ikitərəfli nümayəndə heyətinin səfəri hər iki tərəfin uzunmüddətli ittifaqı bərpa etmək istəyinin sübutudur.
Məqalədə qeyd olunur ki, Türkiyə Yeni Dehlidə keçiriləcək G-20 sammiti çərçivəsində prezident Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında görüş təşkil etmək niyyətindədir.
Türkiyə birgə hərbi təlimləri Vaşinqtonun Ankaranın NATO daxilində, xüsusən də regionu bürümüş münaqişələr kontekstində müttəfiq kimi əsas rolunu tanımasının təsdiqi kimi qiymətləndirir.
Əziz MUSTAFA























































.jpg)
.jpg)
.jpg)
























