İsraillilərin olduğu təyyarə Səudiyyə Ərəbistanına eniş edib

İsraillilərin olduğu təyyarə Səudiyyə Ərəbistanına eniş edib

29 Avqust 2023 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Seyşel adalarından İsrailə uçan Seyşellər Hava Yollarına məxsus təyyarə Səudiyyə Ərəbistanının Ciddə hava limanına planlaşdırılmamış eniş edib.

İsrail mətbuatının məlumatına görə, təyyarənin göyərtəsində 128 israilli olub. Təcili enişin dəqiq səbəbi məlum deyil, aviaşirkətin rəhbərliyi bunun “texniki səbəblərdən” edildiyini bildirib.

Seychelles Airlines Ciddəyə daha bir təyyarə göndərib. Gecə üçün israillilər pasport nəzarətindən keçmədən hava limanının daxili zonasının ərazisində yerləşən otel kompleksində yerləşdirilib.

İsrail mediası xatırladır ki, İsraildə 2020-ci ilə qədər Səudiyyə Ərəbistanına giriş düşmən dövlətə səfər kimi cinayət sayılırdı. Lakin üç il əvvəl daxili işlər naziri Aryeh Deri münasibətlərin istiləşməsi fonunda bu qaydanı ləğv etdi.

Əziz Salamoğlu