ABŞ prezidentliyinə namizədin Rusiyanın dostu olduğu üzə çıxıb

ABŞ prezidentliyinə namizədin Rusiyanın dostu olduğu üzə çıxıb

29 Avqust 2023 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, iş adamı Vivek Ramasvami 2024-cü ildə dövlət başçısı vəzifəsinə seçiləcəyi təqdirdə, işğal olunmuş Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanıyacağına, sanksiyaları ləğv edəcəyinə və Ukraynanın NATO-ya namizədliyinin qarşısını alacağına söz verib.

"Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarətini qəbul edəcəyəm və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya üzvlüyünə mane olacağıma söz verəcəyəm. Sanksiyaları dayandırıb Rusiyanı yenidən dünya bazarına qaytaracağam", - deyə Ramasvami öz köşə yazısında yazıb.

"Mən 2025-ci ildə Moskvaya gedəcəm. Mən əhəmiyyət verməli olduğumuz yeganə şərtlərlə Ukraynaya sülh gətirəcəyəm", - deyə respublikaçı əlavə edib.

Ramasvami deyib ki, ABŞ-ın Çinə qarşı “axmaq” və “səhv” siyasəti Pekin və Moskvanı “Vaşinqton üçün “təhdid yaradan” istiqamətdə birgə işləməyə vadar edib.

Əziz Salamoğlu