Tacikistanda güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Tacikistanda dünən, avqustun 27-də baş verən güclü yağışlar nəticəsində 13 nəfər ölüb. Bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin açıqlamasına görə, yağışlar Vəhdət şəhərində 11, Rudəki bölgəsində isə 2 nəfərin həyatına son qoyub. Rəhmon baş nazirə, eləcə də Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə təbii fəlakətdən zərər çəkənlərin ailələrinə yardım göstərməyi tapşırıb. Hakimiyyət orqanları da fəlakətin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görməlidir.
Bazar günü yağan güclü yağış Düşənbə-Xucand yoluna da ciddi ziyan vurub. Orada sel, sürüşmə və qaya uçqunları yolu sıradan çıxarıb. Magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Əziz Mustafa
Digər xəbərlər























































.jpg)
.jpg)
.jpg)
























