Avropanın cənubunu vuran güclü fırtınalar böyük fəsadlara səbəb olub
İspaniyanın Mayorka adasındakı Palma limanında güclü külək və leysan yağışları fəsadlara səbəb olub. Göy gurultuları ilə yağan şiddətli leysan avtomobil sürücülərini təhlükəli şəraitdə hərəkət etmək məcburiyyətində qoyub. Balear adaları, Kataloniya və Valensiya həyəcan vəziyyətindədir. Barselona şəhərində yeni yağış rekordu qeydə alınıb. Quraqlığın ortasında Kataloniyanın bəzi bölgələrində güclü yağışlar hər kvadrat metrə 100 litrdən çox su toplayıb. Yanğınsöndürənlər suda sürüklənərək körpünün altında qalan avtomobilin içərisindən bir sürücünü çətinliklə də olsa xilas edə biliblər. Avropanın şimalından gələn «Poppea» siklonu bütün ölkəyə doğru irəliləyir və yayın isti dalğasını süpürməyə hazırlaşır.
Murad Şahməmməd
Digər xəbərlər


















































































