Xarici İşlər Nazirliyinin qarşısına da toplaşan nümayişçilər nazir Menquşun məsuliyyətə cəlb olunmasını tələb ediblər
İtaliyada İsrailin xarici işlər naziri Eli Koenlə görüşdüyü ortaya çıxan Liviyanın xarici işlər naziri Necla əl-Menquş barəsində istintaq başladılıb. Görüş xəbəri ölkədə etirazlara səbəb olsa da, Liviya Xarici İşlər Nazirliyi “qeyri-rəsmi görüşdə heç bir danışıqlar aparılmadığını” açıqlayıb.
İsrail Xarici İşlər Nazirliyinin açıqladığı «Liviya xarici işlər naziri ilə görüş» xəbəri Liviyada əks reaksiya ilə qarşılanıb. Görüş xəbərindən sonra ölkənin bir çox nöqtələrində etiraz nümayişləri keçirilib.
İsraili tanımayan və heç bir diplomatik əlaqəsi olmayan Liviyada Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Menquşu israilli həmkarı ilə görüşün iki ölkənin xarici işlər nazirləri arasında "ilk görüş" olduğuna diqqət çəkən açıqlamada, «Görüşdə nazirlər iki xalq arasındakı tarixi əlaqələri, Liviya yəhudilərinin irsini, iki ölkə arasındakı münasibətlərin müzakirəsi, İsrailin humanitar problemləri, kənd təsərrüfatı, su idarəçiliyi və bir çox başqa mövzularda olub» deyə bildirib.
İsraili tanımayan Liviyanın Təl-Əviv administrasiyası ilə heç bir diplomatik əlaqəsi yoxdur. İsraildə Liviya pasportunun istifadəsi də qadağandır.
Xəbərindən sonra paytaxtın bir neçə rayon və şəhərində etiraz aksiyaları keçirilib, İsrail bayraqları yandırılıb. Liviya Xarici İşlər Nazirliyinin qarşısına da toplaşan nümayişçilər nazir Menquşun məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Murad Şahməmməd













.jpg)
.jpg)
.jpg)

















































.jpg)
.jpg)
.jpg)














