Palatanın üzvləri müxalifətin nəzarətində olan ərazilərə səfər ediblər

Palatanın üzvləri müxalifətin nəzarətində olan ərazilərə səfər ediblər

28 Avqust 2023 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Nümayəndələr Palatasının 3 üzvü Suriyanın şimalında Türkiyənin dəstəklədiyi müxalifətin nəzarətində olan Azez rayonuna səfər ediblər. Amerikalı parlamentarilər Co Vilson, Viktoriya Sparts və Din Fillips Türkiyə üzərindən Suriyanın şimalına keçiblər. Bab əl-Həva Sərhəd Qapısından keçdikləri bildirilən Konqres üzvlərinin daha sonra Hələbin şimalında Azad Suriya Ordusunun nəzarətində olan Azez rayonundakı xəstəxanaya baş çəkdikləri də açıqlanıb.

Azad Suriya Ordusunun sözçüsü Yasir əl-Hacı mətbuata bildirib ki, ABŞ parlamentarilərinin bölgəyə səfərinin məqsədi “azad edilmiş ərazilərdə vəziyyəti müşahidə etmək”dir.

Konqresmen Joe Wilson sosial media hesabında “Suriya ilə münasibətləri normallaşdırmaq və Bəşər Əsədlə barışmaq istəyənlər, ölümün özü ilə iş görürlər” deyə bildirib.

Murad Şahməmməd