Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri planlaşdırılır
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri planlaşdırılır. Rusiya mətbuatının məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Türkiyənin hörmətli prezidenti çox fəaldır. Mən başa düşürəm ki, türkiyəli həmkarlarımızla əlaqələrimizi davam etdirəcəyik. O cümlədən Türkiyə xarici işlər nazirinin Rusiya Federasiyasına səfəri də nəzərdə tutulub. Amma bizim mövqeyimiz bundan dəyişmir, biz bunu türk qonşularımıza, dostlarımıza və həmkarlarımıza eyni şəkildə ifadə edəcəyik”, - Ryabkov bildirib.
Bundan əvvəl “Milliyet” qəzeti öz mənbələrinə istinadən Hakan Fidanın sentyabrda Moskvaya səfər edəcəyini yazıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Türkiyənin xarici işlər nazirinin yaxın gələcəkdə “Rusiyaya səfər etməyi planlaşdırdığını” xatırladıb.
Əziz Mustafa
























.jpg)


























































