Pentaqon: Ukrayna tezliklə F-16 alacaq

Pentaqon: Ukrayna tezliklə F-16 alacaq

25 Avqust 2023 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna tezliklə Amerika istehsalı olan F-16 qırıcıları alacaq. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley bildirib ki, ATACMS tədarükləri məsələsi isə hələ də həllini tapmayıb.
"F-16-lar. Əslində bu qırıcının Ukraynaya verilməsi prosesi gedir. Təlim proqramı var və yəqin ki, o qədər də uzaq olmayan gələcəkdə Ukrayna F-16-ları alacaqlar", - deyə o vurğulyıb.

Onun sözlərinə görə, Vaşinqton hələ də ordunun Ukraynaya ehtiyacı olan və Rusiya ərazisi də daxil olmaqla düşmən xəttinin arxasına çatan ATACMS kimi tanınan uzaqmənzilli taktiki raket kompleksləri ilə təmin edilməsi məsələsini müzakirə edir.

O, Ukraynanın bir çox səbəblərə görə ATACMS almadığını bildirib.

Əziz Mustafa