Maralların Rusiyaya keçməsinin qarşısını almaq üçün sərhəd hasarı təmir ediləcək
Norveç maralların Rusiyaya keçməsinin qarşısını almaq üçün sərhəd hasarının zədələnmiş hissələrini təmir edəcəyini açıqlayıb. «Fox News»-un xəbərinə görə, Norveç Kənd Təsərrüfatı Departamenti rəsmiləri, Rusiyanın otlaq sahələrinin itirilməsinə görə Norveçdən təzminat üçün iki iddia irəli sürməsindən sonra təmir qərarı verib.
Rəsmilər ilin əvvəlindən Rusiya ərazisinə 42 maral keçdiyini və bu vəziyyətin qarşısını almaq üçün sərhəddəki uçmuş hasarı təmir edəcəklərini bildiriblər.
Ölkənin Hamborqvatnet və Storskoq şəhərləri arasındakı hasarın bir hissəsinin dəyişdiriləcəyini bildirən rəsmilər 348 min dollara başa gələcək təmirin oktyabrın 1-də başa çatacağını deyiblər. Rusiya indiyədək şimal maralı keçidlərinə görə Norveçdən iki dəfə təzminat tələb edib.
Qeyd edilib ki, Rusiyanın tələbləri Norveçin sərhədi keçən hər maralı üçün 4700 dollar, heyvanların Rusiya torpaqlarında otladığı günlər üçün isə ümumilikdə 4,4 milyon dollar ödəməsidir.
Murad Şahməmməd












.jpg)
.jpg)
.jpg)














































.jpg)
.jpg)
.jpg)


















