Bayden Trampın həbs gününü "möhtəşəm gün" adlandırıb
ABŞ prezidenti Co Bayden ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsi zamanı özünün X (keçmiş Twitter) hesabında yazıb ki, bu gün “böyük gündür”.
“Yeri gəlmişkən, düşünürəm ki, bu gün mənim kampaniyama ianə vermək üçün əla gündür”,-deyə o bəyan edib
Avqustun 25-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciyada həbs edilib, sonra 200 min dollar girov müqabilində sərbəst buraxılıb. O, 20 dəqiqəyə yaxın həbsxanada qalıb.
Tramp həbsi zamanı standart prosedurdan keçib.Oonun barmaq izi götürülüb, fotoşəkili çəkilib, çəkisi (97,5 kq) müəyyən edilib və polis onun boyunu (1,9 m) ölçüb. Proseduradan sonra Fulton qraflığının şerif ofisi Trampın fotosunu yayımlayıb.
ABŞ hakimiyyəti Trampı Corciya ştatında 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir. Tramp Baydenə uduzduğunu inkar edib və bu ştatda səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib. Xüsusilə, ittihamlardan biri 2021-ci ilin yanvarında Trampın “11 780 səs tapmaqda” kömək etməklə bağlı Corciyadan olan respublikaçı dövlət katibi Bred Raffenspergerə etdiyi telefon zəngidir.
Əziz MUSTAFA
























.jpg)


























































