Tramp həbs edilib və girov müqabilində azadlığa buraxılıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında seçkilərə müdaxilə cəhdi ilə bağlı yerli hakimiyyət orqanlarına təslim olmaq üçün Atlantaya enib. Bu barədə CNN məlumat yayıb.
Telekanal şəxsi təyyarənin enişini və Trampın təyyarədən çıxmasını canlı yayımlayıb.
Keçmiş prezident hava limanından maşını ilə Fulton qraflığının həbsxanasına getdi, burada o, rəsmi olaraq həbs ediləcək və tezliklə məhkəməyə qədər 200 min dollar girov müqabilində sərbəst buraxılacaq.
Bu arada isə CNN xəbər verir ki, Tramp həbs prosedurlarından keçdikdən sonra Corciya həbsxanasını tərk edib. Eks-prezident özünün həbsini “ədalət pərdəsi” adlandırıb.
Trampın sözlərinə görə, o, günahkar deyil və ona qarşı iş ABŞ-da prezident seçkiləri kampaniyasına müdaxilədir.
Əziz Mustafa





























.jpg)





















































