Hindistanda körpünün uçması nəticəsində 26 nəfər ölüb
Hindistanın şimal-şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 nəfər ölüb, daha bir neçə nəfər itkin düşüb.
Qurbanların sayı dəqiqləşdirilir. Tikinti şirkətinin məlumatına görə, faciə baş verən zaman dağılmış ərazidə 40-a yaxın fəhlə olub.
Hadisə Mizoram ştatının Sayranq şəhəri yaxınlığında baş verib.
Xilasedicilər hadisə yerindədir, onlara yaxınlıqdakı kəndlərin sakinləri kömək edir.
Körpünün dağılmasının səbəbi hələlik bəlli deyil. Faktla bağlı Dövlət Dəmir Yolu İdarəsi araşdırmalara başlayıb.
Hökumət həlak olanların ailələrinə 200 min rupi (2400 dollar) ödəmək niyyətindədir.
Əziz Mustafa
Digər xəbərlər























































.jpg)
.jpg)
.jpg)
























