Ukraynanın baş kəşfiyyatçısı: Ukrayna ordusu Krımın bütün hissələrinə hücum edə bilər

Ukraynanın baş kəşfiyyatçısı: Ukrayna ordusu Krımın bütün hissələrinə hücum edə bilər

24 Avqust 2023 18:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu hazırda Krımın istənilən hissəsini vura bilər. Bunu “Azadlıq” radiosuna müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Bizim hazırda müvəqqəti işğal altında olan Krımın istənilən hissəsini vurmaq imkanımız var. Düşmənə istənilən nöqtədə çata bilərik”, - deyə QUR rəhbəri bildirib.

Budanov qeyd edib ki, Krımın qaytarılması üçün çoxlu müxtəlif variantlar var, lakin “hərbi hərəkətlər olmadan bu mümkün deyil”. “Axmaq şeylər edənlər getsələr yaxşı olar. Gözləyənlər isə ilk növbədə kəşfiyyat orqanlarına, sonra isə qoşunlar açıq yerə çıxanda kömək etmək üçün hər şeyi hazırlamalı və etməlidir",- deyə Budanov bəyan edib.

Əziz Mustafa