Rusiyanın uzaq və orta mənzilli S-400 Triumf zenit-raket kompleksi məhv edilib
2023-cü il avqustun 23-də səhər saat 10:00 radələrində Krımın Tarxankut burnundaki Yelenovka kəndi yaxınlığında partlayış baş verib və Rusiyanın uzaq və orta mənzilli S-400 Triumf zenit-raket kompleksi məhv edilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.
Məlumatda bildirilir ki, partlayış nəticəsində qurğunun özü, onun üzərində quraşdırılan raketlər və şəxsi heyət tamamilə məhv edilib.
Departament hesab edir ki, Rusiya ilə xidmətdə olan bu cür sistemlərin məhdud sayda olduğunu nəzərə alsaq, bu, Rusiyanın hava hücumundan müdafiə sisteminə ağrılı zərbədir və Krımda gələcək hadisələrə ciddi təsir göstərəcək.
Əziz Mustafa
Digər xəbərlər





























.jpg)





















































