Yanğınsöndürənlər meşədə 18 cəsəd tapıblar
Yunanıstanın Aleksandrupoli şəhərində avqustun 19-da başlayan və Qərbi Trakyadakı türk kəndlərinə yayılan yanğın bölgədə təsirli olan güclü küləklər səbəbindən nəzarət altına alına bilmir. Hələlik itkilərin olmadığı bölgədə deyilsə də, dünən çoxlu sayda cəsəd tapılıb. Yanğınsöndürənlər Dadi meşəsində 18 cəsədin tapıldığını açıqlayıb. Meyitlərin Meriçdən Yunanıstana daxil olan qeyri-qanuni miqrantlara aid olduğu təxmin edilir. Ötən gün baş verən yanğınla əlaqədar bir çox yaşayış məntəqələrində təxliyə həyata keçirilib. Sakinlərə mobil telefondan uzaq durmaları ilə bağlı xəbərdarlıq mesajı göndərilib.
Türkiyə Yunanıstana yanğınla mübarizə üçün yardım təklif edib. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Aleksandrupoli və Rodop şəhərlərində davam edən yanğınlarla mübarizə üçün Yunanıstana 2 təyyarə, 2 helikopter və 60 nəfərlik yerüstü yardım qrupunun göndərilməsi təklifi edilib.
Murad Şahməmməd























































.jpg)
.jpg)
.jpg)
























