Meyitin yanından içərisində nağd pul, bank kartları və sürücülük vəsiqəsi olan bel çantası aşkar edilib
Avstriyada buzlaqda cəsəd tapılıb. Polis bildirib ki, bələdçi Avstriyanın Tirol əyalətindəki «Schlatenkees» buzlağında təxminən 2900 metr yüksəklikdə cəsəd tapıb. Meyitin yanından içərisində nağd pul, bank kartları və sürücülük vəsiqəsi olan bel çantası da aşkar edilib. Polis cəsədin 2001-ci ildə buzlaqda ölən 37 yaşlı kişiyə aid olduğundan şübhələnir və DNT nəticələrinin bir neçə həftəyə hazır olacağını deyib. İyunun sonunda bir qrup alpinist eyni buzlaqda insan qalıqları və xizəklər də aşkar etmişdilər. Tirol polisinin sözçüsü Kristian Viehveyder «AFP» xəbər agentliyinə deyib ki, "Buzlaqda qısa müddətdə təkrar insan qalıqları və bütöv bir cəsəd tapmaq olduqca nadir hadisədir".
Murad Şahməmməd
Digər xəbərlər


















































































