Moskvaya dronların hücumu baş verib
Rusiya Müdafiə Nazirliyi bu gecə üç pilotsuz təyyarənin Moskvaya hücum etdiyini açıqlayıb. Onlardan ikisi Moskva yaxınlığında vurulub.
Məlumatda deyilir ki, paytaxta hücum edən Ukrayna PUA-larından ikisi Moskva vilayətinin Mojaysk və Ximki rayonları ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Rusiya agentliklərinin nazirliyə istinadən verdiyi məlumata görə, üçüncü PUA elektron müharibə ilə sıradan çıxarılıb və idarəetməni itirərək tikilməkdə olan “Moskva Siti” kompleksinin binasının üstünə düşüb.
TASS-ın məlumatına görə, şəhərdəki binaya cüzi ziyan dəyib. Mash Telegram kanalı ümumi dağıntı sahəsinin 100 kvadratmetr olduğunu bildirib.
Əziz Mustafa
Digər xəbərlər



























.jpg)
.jpg)
.jpg)



















































