Surovikini müvəqqəti olaraq Viktor Afzalov əvəz edəcək

Surovikini müvəqqəti olaraq Viktor Afzalov əvəz edəcək

23 Avqust 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin müvəqqəti baş komandanı Aerokosmik Qüvvələrinin qərargah rəisi general Viktor Afzalov təyin edilib.

Rusiya Aerokosmik Qüvvələrinin keçmiş baş komandanı Sergey Surovikin tutduğu vəzifədən azad edilib, Aerokosmik Qüvvələrin Baş Qərargahının rəisi, general-polkovnik Viktor Afzalov müvəqqəti olaraq ordunun komandanı vəzifəsini icra edir. “Aerokosmik Qüvvələrin rəisi”bununla bağlı rusiyalı jurnalistlərin ötən gün yayılan məlumatlarını təsdiqləyib.

Sergey Surovikin iyunun 23-nə keçən gecədən, Vaqner PMC-nin bölmələrinin qiyamından sonra ictimaiyyət qarşısında görünmürdü.

Əziz Salamoğlu