Dünyadakı bütün okeanlar, dənizlər və göllər içməli suya çevrilsə nə olardı?

Dünyadakı bütün okeanlar, dənizlər və göllər içməli suya çevrilsə nə olardı?

23 Avqust 2023 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün okean, dəniz və göl suyunun içməli su olduğu bir anlıq təsəvvür edin. İlk dinləmədə su böhranının həll olunacağını düşünəndə yaxşı səslənə bilər, amma nəticədə nələrin baş verə biləcəyini biləndə şok olacaqsınız!

Dünya inanılmaz nizamlı bir əməliyyat içindədir. Ekosistemlə bağlı bir şeyi xarici toxunuşla dəyişdirsək, bu, hər bir digər nizamı məhv edə bilən domino kimi bir təsirə malikdir.

Bu gün iqlim böhranı və qlobal istiləşmə səbəbindən su tez-tez gündəmdədir. Hətta gələcəkdə su müharibələrinin olacağı da bildirilir. Planetimizdəki bütün su içməli suya çevrilsə nə baş verərdi?

İstər domino, istərsə də kəpənək effekti desək bunun miqyasını dəniz suyunun içməli suya çevrilməsi ilə nə baş verə biləcəyini anlayacağıq.

Təbii ki, yaşayış yeri su olan balıqların öz ekosistemlərindən başqa bir mühitdə yaşaması mümkün deyil. Əgər dənizlər içməli suya çevrilsəydi, bir sözlə, dənizlərdə duz olmasaydı, bu, çoxlu balığın ölümünə səbəb olardı. Qeyd etdiyimiz kəpənək effekti ilə iqlim və temperatur dəyişməyə başlayacaqdı.

Kəşf edilməmiş növlər haqqında öyrənmək şansımız olmazdı. Okeanlarda təxminən 228.450 növ yaşayır. Üstəlik, təxmin edilən 2 milyon növ hələ kəşf edilməmişdir. Okeanlarda duz olmasaydı, suların dərinliklərində hələ kəşf etmədiyimiz milyonlarla növ haqqında heç vaxt öyrənə bilməzdik.

Əslində, yuxarıdakı şəklə baxanda insan “Deyəsən, əslində araşdırmaya ehtiyacımız yoxdur...” deyə düşünmür.

Duzlu su canlılarına daxil olan yosunlar Yerdəki fotosintezin yarısından məsuldur! Bildiyimiz kimi, bu fotosintez planetimizi qida və oksigenlə təmin etmək üçün həyati əhəmiyyət kəsb edir. Bir sözlə, nəfəs almağa imkan verir.

Əgər duzlu sular şirin suya çevrilsə və yosunlar yoxa çıxsaydı, atmosferə daha çox karbon qazı salınacaq, eyni zamanda oksigen səviyyələrimiz aşağı düşəcəkdir.

Dünyamızın bəzi yerlərində temperaturun kəskin artması indi mövcud olan müxtəlif bitki növlərinin yox olmasına səbəb olardı. Başqa sözlə, qida zənciri pozulmağa başlayacaq və insanlar da daxil olmaqla bir çox növ həyatda qalmayacaq.

Ümumiləşdirsək, planetdəki bütün duzlu sular şirin suya çevrilsəydi, biz çox yaşaya bilməzdik, ölərdik!

Murad Şahməmməd