12 milyard dollarlıq satışa icazə verildi
ABŞ Dövlət Departamenti Polşaya 12 milyard dollar dəyərində «Apache» helikopterləri və müvafiq avadanlıqların satışına icazə verib. ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada, ABŞ Dövlət Departamentinin Polşaya 12 milyard dollar dəyərində 96 ədəd «AH-64E Apache» helikopteri və əlaqədar avadanlıqların göndərilməsinə icazə verdiyi bildirilib. Açıqlamada satışın təsdiqlənməsi ilə bağlı Konqresə bildiriş göndərildiyi bildirilib. Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq o deməkdir ki, bu satış ABŞ administrasiyası üçün problem deyil. ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə danışıqlara başlayacaq. Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edəcək. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verəcək.
Murad Şahməmməd























































.jpg)
.jpg)
.jpg)


























