Zelenski: Ukrayna alternativ taxıl dəhlizi yaradıb
Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstana səfəri zamanı Ukraynanın alternativ taxıl dəhlizi yaratdığını bəyan edib. Ukrayna mətbuatı xəbər verir ki, bu barədə o, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Qara və Azov dənizləri sahillərinin təhlükəsizliyini bərpa etmək üçün əlindən gələni edir.
“Bu, qlobal baxımdan vacibdir. Bütün dünya üçün ərzaq təhlükəsizliyi baxımından müxtəlif bölgələr, o cümlədən Cənubi Avropanın yanında olan Afrika regionları üçün vacibdir. Ukrayna Qara dənizdə alternativ taxıl dəhlizi yaradıb. Ancaq onun sabit işləməsi üçün havadan təhlükəsizliyini gücləndirməliyik. Bu, Qara dəniz regionu, xüsusən də bizim Odessa şəhərimiz üçün çox vacibdir”, - deyə o əlavə edib.
Zelenski Yunanıstanda işgüzar səfərdədir, onun bir sıra görüşləri planlaşdırılıb və Ukrayna-Balkan sammiti də gündəmdədir. Mitsotakislə danışıqlardan sonra Ukrayna prezidenti Yunanıstanın F-16-da ukraynalı pilotların təlim proqramına qoşulacağını açıqlayıb.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)
























