Ukrayna ordusu cəbhədə irəliləyiş əldə edib

Ukrayna ordusu cəbhədə irəliləyiş əldə edib

22 Avqust 2023 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna bölmələri cənub cəbhəsindəki Rabotino kəndi ərazisində taktiki uğur qazanıb.

Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) yazıb.

“Avqustun 20 və 21-də dərc edilmiş geolokasiya edilmiş tədqiqatlar göstərir ki, Ukrayna bölmələri Rabotinin mərkəzi hissəsinə (Orexovdan 10 km cənub) çatıb, həmçinin Malaya Tokmaçkanın cənubundakı bəzi yerlərdə Rusiyanın müdafiəsini yarıblar”, - deyə nəşr yazır.

Rus bölmələrinin yalnız Rabotinin cənub kənarlarını saxlaması faktı son günlərdə bir çox bloggerlər tərəfindən bildirildi. Əlavə olaraq, rusların bu kəndin xarabalıqlarından tamamilə çıxarılması ilə bağlı təsdiqlənməmiş məlumatlar var.

"ISW əvvəllər öz qiymətləndirmələrində qeyd edib ki, Ukraynanın Rabotinoya hücumları taktiki cəhətdən vacibdir, çünki bu sahədə irəliləyişlə Ukrayna qüvvələri Rusiyanın ən sıx minalanmış sahələrinin arxasında fəaliyyətə başlaya bilər", - deyə analitiklər qeyd ediblər.

Bundan əlavə, ISW-nin qeyd etdiyi kimi, bu sahədə irəliləyiş müəyyən əhəmiyyət kəsb edir, çünki Rusiya ordusu öz müdafiəsinə texnika və canlı qüvvə şəklində əhəmiyyətli resurslar atıb.

Əziz MUSTAFA