Rusiyanın İdlibə endirdiyi hava zərbələri nəticəsində səkkiz nəfər həlak olub
Rusiyanın İdlibin qərb kənarına endirdiyi hava zərbələri nəticəsində azı səkkiz “Təhrir əl-Şam” yaraqlısı öldürülüb.
Suriya Rəsədxanasının rəhbəri Rami Əbdül Rəhman deyib: “Rusiya döyüş təyyarələri İdlib şəhərinin qərb ətrafına hava zərbələri endirib, Heyət Təhrir əş-Şam (HTS) hərəkatına məxsus hərbi bazanı hədəfə alıb və azı səkkiz yaraqlı öldürülüb”.
Mənbə bildirib ki, zərbələr zamanı daha bir neçə yaraqlı yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
“Həyat Təhrir əl-Şam” Əl-Qaidənin keçmiş Suriya qolu tərəfindən idarə olunan cihadçı qruplaşmadır. Qrup, Bəşər Əsəd rejiminə silahlı müxalifətin son qalası olan İdlib əyalətinin bir hissəsinə, o cümlədən Latakiya, Həma və Hələb vilayətlərinin bəzi hissələrinə nəzarət edir.
Əziz Salamoğlu
Digər xəbərlər
























.jpg)


























































