Yunanıstanda meşə yanğınları səbəbindən İpsala Sərhəd Qapısı bağlanıb
Ədirnə Valiliyi Yunanıstanda davam edən yanğınlar səbəbilə İpsala Sərhəd Qapısına bağlı Yunan tərəfindəki bütün yolların nəqliyyata bağlandığını bildirib.
Yunanıstanda Türkiyəyə yaxın ərazidə davam edən meşə yanğınları səbəbindən ən azı daha 5 kənd boşaldılıb.
Dünən Aleksandrupolidə baş verən yanğınla əlaqədar 8 kənd boşaldılıb, daha sonra bölgədə fövqəladə vəziyyət elan edilib.
Güclü külək alovu artırdığı üçün mülki müdafiə rəsmiləri bu gün paytaxt Afinada və ölkənin cənubundakı digər ərazilərdə "həddindən artıq yanğın təhlükəsi" barədə xəbərdarlıq ediblər.
Qurudan və havadan yanğınsöndürmə işləri davam edir lakin bölgədə güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Aleksandrupoli yaxınlığındakı yanğına 16 yanğınsöndürmə təyyarəsi, könüllülər və 200-ə yaxın yanğınsöndürən müdaxilə edir.
Dünən Aleksandrupolidə başlayan yanğın nəticəsində Cənubi Meriç bölgəsində minlərlə hektar şam meşəsi məhv edilib, 8 ev və 2 kilsə zərər görüb, ehtiyat tədbiri olaraq 8 kənd boşaldılıb.
Feres-Dedeağaç yolu təhlükəsizlik səbəbiylə nəqliyyatın hərəkətinə bağlanıb. Alexandroupoli şəhər mərkəzində səlahiyyətlilər, güclü tüstüdən təsirlənməmək üçün insanları pəncərələrini bağlayaraq evdə qalmağa çağırıb.
Murad Şahməmməd


































.jpg)
.jpg)
.jpg)
























.jpg)




















