Danimarka və İsveç Qurana münasibətdə  səhvlərini düzəltməyə söz veriblər

Danimarka və İsveç Qurana münasibətdə səhvlərini düzəltməyə söz veriblər

21 Avqust 2023 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Danimarka və İsveçin İrandakı müvəqqəti işlər vəkili bu krallıqlarda Quran nüsxələrinin təkrar təhqir olunması halları ilə əlaqədar İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Danimarka və İsveçin müvəqqəti işlər vəkili ilə ayrı-ayrılıqda görüşlər keçirib. İranlı diplomat bu ölkələrdə müsəlmanların müqəddəs kitabının dəfələrlə təhqir olunmasını qəti şəkildə pisləyib və vurğulayıb ki, Danimarka və İsveç hökumətləri bu cür hərəkətlərin nəticələrinə görə tam məsuliyyət daşıyırlar.

Agentlik bildirir ki, Danimarka və İsveçin müvəqqəti işlər vəkili ölkələri Qurana qarşı hər hansı təhqiri pislədiklərini bildiriblər. Onlar həmçinin bildiriblər ki, Danimarka və İsveç hökumətləri bu cür hərəkətlərin qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik etmək niyyətindədirlər.

Əziz Salamoğlu