Türkiyədə sərnişin avtobusu ağır  qəza törədib: 12 nəfər ölüb

Türkiyədə sərnişin avtobusu ağır qəza törədib: 12 nəfər ölüb

21 Avqust 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Sivasdan İstanbula gedərkən sərnişin avtobusunun xəndəyə çırpılması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb

Bu barədə A Haber telekanalı xəbər verir.

“Yozqat vilayətinin Sorğun rayonunda sərnişin avtobusu xəndəyə düşüb. Hadisə nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, 11 nəfər yerindəcə, daha bir sərnişin xəstəxanada dünyasını dəyişib.

Zərərçəkənlər Sorğun şəhər dövlət xəstəxanasına yerləşdirilib, iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Əziz Mustafa