Donald Tramp avqustun 21-nə planlaşdırılan mətbuat konfransını ləğv edib

Donald Tramp avqustun 21-nə planlaşdırılan mətbuat konfransını ləğv edib

18 Avqust 2023 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Donald Tramp avqustun 21-nə planlaşdırılan mətbuat konfransını ləğv edib. Burada ilkin olaraq 2020-ci ildə Corciyada prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması və ona qarşı yeni ittihamlara cavab olaraq hesabat təqdim etməyi planlaşdırırdı.

Siyasətçi “Truth Social” sosial şəbəkəsində yazıb ki, “bazar ertəsi Corciyada 2020-ci il prezident seçkiləri ilə bağlı hesabat dərc etmək əvəzinə” vəkilləri “rəsmi hüquqi sənədlər şəklində” sübutlar təqdim etmək qərarına gəliblər. “Bununla bağlı artıq mətbuat konfransı tələb olunmur”, - deyə Respublika Partiyasının lideri izah edib.

Əziz Salamoğlu