NATO ilə Ukrayna arasında ərazi münaqişəsi başlayır

NATO ilə Ukrayna arasında ərazi münaqişəsi başlayır

17 Avqust 2023 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya-Ukrayna müharibəsi zamanı NATO-nun atacağı addımlar və verəcəyi açıqlamalar maraq doğursa da, ittifaqın son açıqlaması diqqət çəkib. İnternet saytlarında yer alan xəbərlrə görə, NATO Baş Katibliyinin direktoru Stian Jenssen Ukraynanın ərazisinin bir hissəsini Rusiyaya verməsi müqabilində NATO-ya üzv ola biləcəyini bildirib. "Bu variant arzuolunmazdır, sadəcə olaraq, hər şeyin bu şəkildə inkişaf etməsi ehtimalı var", - deyə Jenssen bildirib. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib: “Ukraynanın ərazisinin bir hissəsini vermək müqabilində NATO-ya daxil olması ilə bağlı danışıqlar qətiyyən qəbuledilməzdir”. Bu reaksiyalardan sonra NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Murad Şahməmməd