Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşü keçiriləcək
Mərkəzi Asiya dövlət başçılarının beşinci məsləhətçi görüşü sentyabrın 14-15-də Düşənbədə keçiriləcək.
Bunu Tacikistanın xarici İşlər naziri Siracəddin Muhiddin mətbuat konfransında deyib.
“Asia-Plus” agentliyinin məlumatına görə, beşinci yüksək səviyyəli məşvərət iclası Tacikistan prezidenti Emoməli Rəhmonun sədrliyi ilə keçiriləcək. Muxriddin bildirib ki, bu görüşün yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri həyata keçirilir.
Bundan əvvəl, iyulun 20-21-də Çolpon-Atada Mərkəzi Asiya dövlət başçılarının dördüncü məşvərət görüşü keçirilib.
Əziz Salamoğlu
Digər xəbərlər
























.jpg)


























































