İki gündür axtarışda olan sörfçülər İndoneziya sahillərində tapılıb
İndoneziya sahillərində iki gündür itkin düşən 4 avstraliyalı turist sörfinq taxtasında tapılıb. Dörd turist Elliot Foote, Steph Weiss, Jordan Short və Will Tiagle İndoneziyanın Sumatra adasından təxminən 150 kilometr aralıda yerləşən Nias adasının yaxınlığında yoxa çıxıblar.
Elliot Foote-nin atası Peter Foote mətbuata bildirib ki, oğlu 30 yaşını qeyd etmək üçün dostları ilə adaya tətilə gedib. Turistlərin mindiyi taxta qayıqda 3 İndoneziya ekipajının olduğu və adadan yola düşən qayığın pis hava şəraiti səbəbindən sürükləndiyi və açıq dənizdə itdiyi bildirilib. Bunun üzərinə Avstraliya və İndoneziya hakimiyyət orqanları bazar ertəsi birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Axtarış işində bölgədəki sörfçülərin dostları və balıqçı qayıqları da iştirak edib.
Çərşənbə axşamı xilasedicilər sörf lövhələrində üç avstraliyalı turisti tapıblar. Lakin Elliot qrupda deyildi. Xilasedicilər kömək axtarmaq üçün 5 kilometr uzaqlıqdakı adaya gedərkən suda qalan Elliotu da xilas etməyi bacarıblar…
Murad Şahməmməd























































.jpg)
.jpg)
.jpg)
























