ABŞ üç quruma sanksiya tətbiq edib
ABŞ Şimali Koreya və Rusiya arasında silah sövdələşmələrində iştirak etməkdə ittiham olunan üç quruma sanksiya tətbiq edib.
Amerikanın Səsi yazır ki, ABŞ Maliyyə Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda Vaşinqtonun Rusiyanın Ukraynada başlatdığı müharibəni dəstəkləyənlərə qarşı tədbirlər görməyə davam etdiyi qeyd edilir.
“Rusiya döyüş meydanında döyüş sursatı xərclədiyi və ağır texnikasını itirdiyi üçün Ukraynadakı müharibəni dəstəkləmək üçün getdikcə daha çox Şimali Koreyaya və digər müttəfiqlərinə müraciət etmək məcburiyyətindədir”, - nazirliyin bəyanatında deyilir.
Sanksiyaya məruz qalan hüquqi şəxslər Rusiyanın “Verus” MMC, Qazaxıstanda yerləşən “Defence Engineering LLP” və “Versor” şirkətləridir.
Hələ mart ayında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Slovakiya vətəndaşı və Versorun sahibi Aşot Mkrtıçevə məhdudiyyətlər qoyub. KXDR və Rusiya nümayəndələri ilə danışıqlar zamanı o, Şimali Koreyaya tədarük edilən bir sıra mallar, o cümlədən xammal müqabilində Rusiyaya iyirmi növdən çox silah və sursatın ötürülməsi üzrə potensial planların həyata keçirilməsini təşkil edib.
Əziz MUSTAFA


































.jpg)
.jpg)
.jpg)
























.jpg)




















