Avropanın Ukraynadakı maraqları Amerikanın maraqları ilə üst-üstə düşmür
Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ukraynadakı vəziyyəti həll etmək üçün diplomatiyaya yeganə məqbul yol kimi baxır və kompromislərin zəruri olduğuna inanır.
“Diplomatiya, danışıqlar münaqişənin mümkün həllini tapmaq üçün yeganə yol olaraq qalır. Kompromis olmadan heç nə alınmayacaq, vəziyyətin hər an nəzarətdən çıxması riski var”, - deyə Sarkozi “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
Sarkozi deyib ki, Avropa risk götürməli və çıxılmaz vəziyyətdən çıxış yolu tapmalıdır, çünki bu baxımdan Avropanın maraqları Amerikanın maraqları ilə üst-üstə düşmür.
Sarkozi həmçinin hesab edir ki, Ukrayna gələcəkdə “neytral ölkə”, “Avropa ilə Rusiya arasında körpü” olaraq qalmalıdır.
Əziz Baş Göynüklü
Digər xəbərlər






























.jpg)




















































