Ukrayna payız və qışda F-16-ları almayacaq
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib ki, bu ilin payız və qış aylarında Ukrayna Qərb F-16 qırıcılarını ala bilməyəcək.
"Təəssüf ki, artıq aydındır ki, biz bu payız və qış aylarında F-16 təyyarələri ilə Ukraynanı müdafiə edə bilməyəcəyik", - deyə İqnat Ukraynanın raketlər və kamikadze dronlardan istifadə edərək Rusiyanın kütləvi hücumlarına necə cavab verəcəyi ilə bağlı suala cavab verib.
Onun sözlərinə görə, bu təyyarəyə böyük ümidlər var idi: "O, həm də hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq və bizi raket və dron terrorundan qoruya biləcək”.
Eyni zamanda İqnat deyib ki, “pilotlarımızın və şəxsi heyətimizin hazırlanması məsələsi praktiki olaraq gündəmə gəlib”.
Ötən həftə CNN bildirmişdi ki, ABŞ hələ də avropalı müttəfiqlərindən ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək üçün plan təqdim etməyi gözləyir. Təlim başlamazdan əvvəl Vaşinqton bu planı rəsmi şəkildə təsdiqləməlidir.
Əziz Mustafa
.
















.jpg)
.jpg)
.jpg)
























.jpg)







































