Təyyarələr havada təhlükəli yaxınlaşdılar
İngiltərə Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Eurofighter Typhoon döyüş təyyarələri Şotlandiyanın şimalında uçan iki "Tupolev Tu-142" tipli Rusiya dəniz patrul və bombardmançı təyyarəsinə cavab verib və onların keçidini izləyib. Digər tərəfdən, dünən günorta saatlarında iki Rusiya döyüş təyyarəsinin Hollandiya hava sahəsinə yaxınlaşdığı və Danimarka hava məkanında dayandırıldığı açıqlanıb.
İngiltərə təyyarələri Şotlandiyanın şimalına uçan 2 Rusiya təyyarəsinə qarşı havaya qalxıb.
İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, RAF-a məxsus Eurofighter Typhoon təyyarələri, NATO-nun şimal keçid məntəqəsində yerləşən Şotlandiyanın Şetland adalarının şimalına iki Rusiya təyyarəsi getdikdən sonra havaya qalxıb.
Şotlandiyanın Lossimut bazasından qalxan reaktiv təyyarələrin beynəlxalq hava məkanında Rusiya təyyarələrinin keçişini müşayiət etdiyi bildirilən açıqlamada İngiltərənin Silahlı Qüvvələr üzrə Dövlət Naziri Ceyms Heappeyin qiymətləndirmələrinə də yer verilib.
Heappey qeyd edib ki, sözügedən bazadakı reaktiv təyyarələr İngiltərə hava məkanını daim nəzarətdə saxlayır: "Tayfun reaktiv təyyarələrinin pilotları iki uzaqmənzilli Rusiya bombardmançı təyyarəsinin qarşısını almaq üçün havaya qalxıblar. Onların Şetlandın şimalından keçişlərini izləyiblər və hər hansı potensial təhlükəyə qarşı durmağa hazırdılar” deyə bildirib. Dövlət katibi Heappey həmçinin bildirdi ki, missiyanın daha uzun müddət davam etməsi üçün Eurofighter Typhoon təyyarələrini təchizat təyyarəsi müşayiət edib.
Eurofightre Typhoon təyyarəsinin pilotu da bildirib ki, iki Rusiya təyyarəsi İngiltərənin nəzarət zonasını tərk edənə qədər izlənilib.
Nazirliyin açıqlamasında, Lossimut Bazasının pilotlarının NATO-nun 4 aylıq missiyası çərçivəsində Estoniyada olduqları və bu müddət ərzində Rusiya təyyarələrinə qarşı 50 müdaxilə uçuşu həyata keçirdikləri bildirilib.
Murad Şahməmməd
























.jpg)


























































