Siciliya adasındakı Etna vulkanı yenidən püskürməyə başlayıb
İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən püskürməyə başlayıb. Nəticədə Siciliya adasındakı hava limanı fəaliyyətini dayandırıb.
Bu barədə euronews-in yaydığı məlumatda deyilir.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu vulkanın cənub-şərq kraterində 3 min metrdən çox hündürlükdə püskürmə qeydə alıb.
Yerli sakinlər lava axınını görə bilirdilər. Sonrakı saatlarda Etnanın fəaliyyəti azalmağa başladı. Lakin Siciliyadakı kül və tüstü səbəbindən Kataniya şəhərində hava limanının fəaliyyəti dayandırılıb.
Əziz Mustafa
Digər xəbərlər








































































.jpg)
.jpg)
.jpg)








