Rusiya Daxili İşlər Nazirliyi üç ukraynalı generalı axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi 100-dən çox insanın ölümünə və yaralanmasına səbəb olan Donbassın atəşə tutulmasında ittiham olunan Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini Yevgeni Moysyukun da daxil olduğu 3 ukraynalı generalı cinayət maddəsi ilə axtarışa verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlmatda deyilir.
"Moysyuk Yevgeni Georgiyeviç. ukraynalı. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olub”, - deyə məlumatda vurğulanır. Daxili İşlər Nazirliyinin məlumat bazasında Ukrayna Silahlı Qüvvələrinin general-mayorları İqor Palahnyuk və Andrey Kovalçuk da cinayət maddəsi ilə axtarışa verilib.
Onlar Ukrayna Silahlı Qüvvələrinin qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nın yaşayış məntəqələrini atəşə tutan bölmələrinə komandanlıq ediblər. Nəticədə 100-dən çox insan ölüb və yaralanıb.
Əziz Mustafa























































.jpg)
.jpg)
.jpg)
























