Ukrayna Kanadadan  Senator zirehli maşınlarını alıb

Ukrayna Kanadadan Senator zirehli maşınlarını alıb

10 Avqust 2023 18:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Kanadadan Senator zirehli maşınlarını alıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Öz növbəsində Ukraynanın müdafiə naziri Aleksiy Reznikov özünün X səhifəsində (əvvəllər Twitter kimi tanınırdı) Kiyevin Kanadadan aldığı yeni Senator zirehli transportyorlarını göstərib.

O, Rusiya Federasiyası ilə müharibədə Kiyevə kömək etdiyinə görə Kanada rəhbərliyinə təşəkkür edib.

“Bu zirehli maşınlar döyüş tapşırıqları zamanı ordumuzu qorumağa və minlərlə insanın həyatını xilas etməyə kömək edəcək. Axı müharibədə qalib gələn insanlardır”, - deyə nazir yazıb.

Kanadanın Ukraynaya 200 senator tipli zirehli maşın verəcəyi faktı yanvarda Kanadanın müdafiə naziri Anita Anandın Kiyevə səfəri zamanı açıqlanmışdı.

Əziz Salamoğlu