Polşa Belarus sərhədinə əlavə 2000 hərbçi yerləşdirəcək
Polşa yeni miqrant axınına qarşı çıxmaq üçün Belarusla şərq sərhədinə əlavə 2000 əsgərin yerləşdiriləcəyini açıqlayıb.
Belarus isə Polşa-Litva sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb. Polşa kəşfiyyatı bu yaxınlarda Belarusdan təxribat təhlükəsi və orada yerləşən rus muzdlu Vaqner qrupunun potensial təhlükələri barədə xəbərdarlıq alıb. Polşa sərhədçiləri rekord sayda sərhəd pozma cəhdləri ilə mübarizə aparmaq üçün 1000 əsgərin göndərilməsini tələb ediblər. Daxili İşlər Naziri Maciej Vasik çərşənbə günü deyib: "Bu, min yox, 2000 əsgərdən ibarət gücləndirmə olacaq". Nazir bildirib ki, qərar Polşanın müdafiə naziri tərəfindən də təsdiqlənib.
Murad Şahməmməd
Digər xəbərlər


















































































