Rusiyada hərbi hissədə yanğın baş verib

Rusiyada hərbi hissədə yanğın baş verib

10 Avqust 2023 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Stavropol diyarının Georgiyevsk şəhərindəki hərbi hissədə yanğın baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə şəhər dairəsinin rəhbəri Andrey Zaitsev teleqramında məlumat yayıb.

O qeyd edib ki, Rusiya hərbi hissəsinin geyim anbarında güclü tüstü yaranıb. Yanğın 300 kvadratmetr ərazini əhatə edib.

"Hazırda hərbi hissənin yanğından mühafizə xidməti yerində işləyir, Georgiyevsk və Qoryaçevodsk yanğınsöndürmə xidmətlərindən də texnika göndərilib", - deyə Zaitsev yazıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Əziz Mustafa