ABŞ Nigerə qarşı bir neçə variantı nəzərdən keçirir

ABŞ Nigerə qarşı bir neçə variantı nəzərdən keçirir

10 Avqust 2023 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Nigerə qarşı növbəti addımların bir neçə variantını nəzərdən keçirir.

Oxuməni.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller üsyançılara qarşı sanksiyaların tətbiqi ehtimalını şərh edərkən deyib.

“Biz bir sıra başqa siyasi variantları nəzərdən keçiririk, lakin mən onlar barədə öncədən geniş məlumat vermək istəməzdim", -deyə o bəyan edib.

Miller əlavə edib ki, Vaşinqton Afrika ölkəsindəki münaqişənin həllinə ümidini itirmir.

“Biz regiondakı tərəfdaşlarımızla, digər hökumətlərlə əlaqələrimizi davam etdiririk, vəziyyəti dəyişmək və konstitusiya quruluşunun bərpasına gətirib çıxaracaq çıxış yolu tapmaq üçün Nigerdə ​​vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əlaqə saxlamağa davam edirik", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

Əziz Salamoğlu