Müharibə başlayandan doqquz milyona yaxın vətəndaş Ukraynanı tərk edib
Müharibə başlayandan doqquz milyona yaxın vətəndaş Ukraynanı tərk edib. Altı milyondan çox ukraynalı hələ də xaricdə qalır. Onların iki milyona yaxını öz vətənlərinə qayıtmaq istəyir.
Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” BMT-nin hesabatına istinadən yazır.
“The Wall Street Journal” yazır ki, Ukrayna İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədən gedən hər 100 min nəfər ölkənin ÜDM-ni 0,5% azaldır. Geri dönənlərin hazırkı dalğası xaricdə sabit iş və mənzil tapa bilməyənlər və ya yaxın qohumlarını ölkədə qoyub gedənlərdən ibarətdir. Ukrayna İqtisadiyyat Nazirliyi yaxın 10 il ərzində iqtisadiyyatı stimullaşdırmaq üçün dörd milyon yarım iş yeri yaratmağa hazırlaşır.
Əziz MUSTAFA
Digər xəbərlər





























.jpg)





















































