Pakistanın keçmiş baş naziri İmran Xana 5 illik siyasi qadağa

Pakistanın keçmiş baş naziri İmran Xana 5 illik siyasi qadağa

9 Avqust 2023 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın keçmiş baş naziri İmran Xana dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan «Toşaxana» işində 5 il siyasi qadağa qoyulub.

Pakistanda dövlət hədiyyələrini satmaq və var-dövlətini gizlətmək ittihamlarının da yer aldığı «Toşaxana» işi çərçivəsində 3 il həbs cəzası alan və həbs edilən keçmiş baş nazir İmran Xana 5 il siyasi qadağa qoyulub.

Pakistan Seçki Komissiyası (ECP) siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib.

Xan hökuməti keçən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut etdib.

Murad Şahməmməd