Latviya Belarusla gücləndirilmiş sərhəd təhlükəsizliyi rejiminə keçir
Avqustun 11-dən Latviya Rusiya və Belarusla həmsərhəd olan Ludza, Kraslava, Auqşdauqava və Dauqavpils vilayətlərinin inzibati ərazilərində sərhəd təhlükəsizliyi rejimini gücləndirəcək.
Oxuməni.az xəbər verir ki. bu barədə Meduza məlumat yayıb.
Sərəncamda nəzərdə tutulur ki, Dövlət Sərhəd Mühafizəsi hərbçilərin və Dövlət Polisi əməkdaşlarının dəstəyi ilə Latviya-Belarus sərhədində nəzarəti gücləndirsin.
“Sərəncam dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi və dövlət təhlükəsinin qarşısının alınması məqsədilə Latviya-Belarus sərhədini qeyri-qanuni şəkildə keçmək cəhdlərinin qeyri-proporsional çoxluğunu nəzərə alaraq verilib”, - deyə Latviya hakimiyyəti izah edib.
Latviya hakimiyyətinin məlumatına görə, 2021-ci il avqustun 11-dən etibarən 14 min insan ölkə sərhədini keçid məntəqələrindən kənarda keçməyə cəhd edib. Eyni zamanda, humanitar səbəblərdən 2023-cü ilin yanvar ayından Latviyaya 282 nəfər, o cümlədən 117 uşaq daxil olub.
Əziz Salamoğlu
























.jpg)


























































