Böyük Britaniyada Gülnarə Kərimovanın 25 milyon dollarlıq əmlakı müsadirə edilib

Böyük Britaniyada Gülnarə Kərimovanın 25 milyon dollarlıq əmlakı müsadirə edilib

9 Avqust 2023 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dələduzluqla Mübarizə Bürosu Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyadakı üç dəbdəbəli daşınmaz əmlakını müsadirə edib. Bunlar Belqraviyada iki mənzil və Surreydəki malikanədir.

Oxuməni.az xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı mübarizə agentliyi məlumat yayıb

Dələduzluqla Mübarizə Bürosu 2018-ci ilin oktyabrında Kərimovanın Britaniyadakı aktivlərinə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Avqustun 8-də Böyük Britaniyanın Ali Məhkəməsi bu iddianı təmin edib. Müsadirə edilən əmlakın dəyəri 20 milyon funt-sterlinqdən (25,4 milyon dollar) çox qiymətləndirilib.

“Biz bu obyektlərə nəzarəti ələ keçirmək üçün bir neçə ofşor hesab və şirkətlə əlaqəli mürəkkəb maliyyə sxemini aşkar etdik. Bu qərar Böyük Britaniyadan çirkli pulların silinməsi istiqamətində daha bir addımdır”, – deyə Dələduzluqla Mübarizə Bürosu direktoru Liza Osofski bildirib.

Əziz Salamoğlu