Derincə limanında baş verən partlayış nəticəsində  ərzaq ehtiyatlarının 20%-i zədələnib-Video

Derincə limanında baş verən partlayış nəticəsində ərzaq ehtiyatlarının 20%-i zədələnib-Video

8 Avqust 2023 21:53
Bəyəndim (0) Bəyənmədim (0)

Derincə limanında baş verən partlayış nəticəsində silosdakı ərzaq ehtiyatlarının 20%-i zədələnib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasından bildiriblər.

“Limanın ümumi tutumu 95 min tondur. Partlayışın baş verdiyi elevatrda artıq 75 min ton ehtiyat var idi. İlkin hesablamalara görə, bu ehtiyatın təxminən 20%-i (təxminən 15 min ton) zədələnib”, -deyə Prezident Administrasiyası ilə Əlaqələr İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Administrasiyanın açıqlamasında o da qeyd olunur ki, 8 milyon ton ehtiyatın məhv edilməsi ilə bağlı daha əvvəl bir sıra türk mediasında yayılan iddialar doğru deyil.

Derincə limanında partlayış dünən, avqustun 7-də Türkiyə Taxıl Şurasına məxsus elevatorlarda taxıl yükləyən gəmilərin olduğu ərazidə baş verib. Nəticədə 16 taxıl silosundan 13-ü zədələnib, azı 12 nəfər xəsarət alıb. Şura partlayışın tozun sıxılması nəticəsində baş verdiyini bildirib. Bununla belə, şurada təxribatların olması da istisna edilmir.

Əziz Mustafa