2023-cü ilin tarixdə ən isti ayı

2023-cü ilin tarixdə ən isti ayı

8 Avqust 2023 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı İqlim Dəyişikliklərinin Monitorinqi Xidməti 2023-cü ilin iyul ayında qlobal orta temperaturun rekord həddə çatdığını təsdiqləyir. 2023-cü ilin iyulu, indiyə qədər bu titulunu qoruyan 2019-cu ilin iyulundan 0,33°C daha isti olmaqla, ən isti ay rekordunu qoydu. Bu barədə Avropanın iqlim dəyişikliyinə nəzarət təşkilatı «Kopernik» məlumat verib.

Keçən ay 1991-2020-ci illərin orta göstəricisindən 0,72°C isti idi.

Geriyə nəzər salsaq, ekspertlər bu ilin isti iyul ayının 1850-1900-cü illərin orta göstəricisindən təxminən 1,5°C isti olduğunu təxmin edirlər.

Qeyd edilir ki, Şimal yarımkürəsinin bir çox regionlarında, o cümlədən Avropanın cənubunda istilik dalğaları müşahidə olunub.

Cənubi Amerikanın bir sıra ölkələrində və Antarktidanın əksər hissəsində havanın temperaturu orta səviyyədən xeyli yüksək olub.

Murad Şahməmməd