Çində daşqınlar: Ölkənin şimal-şərqində 14 nəfər ölüb
Çinin şimal-şərqindəki Jilin əyalətindəki Şulan şəhərində güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Sinxua agentliyinin yaydığı məlumatda deyilir.
“Avqustun 1-i axşamdan Şulanda yağışlar dayanmayıb. İndi onlar demək olar ki, başa çatıb, su anbarlarında və iri çaylarda suyun səviyyəsi təhlükəsiz həddə düşüb”, - xəbər agentliyi yazır.
Çin hakimiyyət orqanları təbii fəlakətin nəticələrinin aradan qaldırılması, insanların təxliyəsi, ləvazimatların bölüşdürülməsi və zədələnmiş yolların bərpasına kömək etmək üçün Jilin əyalətinin və qonşu Heilongjiang əyalətinin daşqından zərər çəkmiş ərazilərinə 2000 əsgər və 5000 Xalq Silahlı Polisi göndərib.
"The Guardian" xəbər verir ki, "Şulan şəhər merinin müavini də daxil olmaqla dörd yerli məmur ərazini gəzərkən sel suları tərəfindən götürülərək ölüb".
Ümumilikdə şəhərdən 19 min insan təxliyə edilib. Belə güclü yağışın səbəbi daha əvvəl Fujian əyalətini 2-ci kateqoriya qasırğasına bərabər güclə vurmuş Doskuri tayfunu olub.
“Son həftələrdə Çinə rekord leysan yağışları yağdı. Çin hökuməti daşqınlardan zərər çəkmiş Pekin və Tianjin, Hebey əyaləti və Çinin şimal-şərqindəki əyalətlərə 50 milyon dollar yardım sifariş edib.
Əziz Mustafa
























.jpg)


























































